Uşaqların sevimli əyləncəsi olan heyvan fiqurlu karusellər mütəxəssislərin fikrincə, əslində bir o qədər də təhlükəsiz deyilmiş.
Bizim.Media xəbər verir ki, bu barədə BILD məlumat yayıb.
Nəşr yazır ki, Almaniyanın Heyvanların Rifahı Təşkilatı (PETA) heyvan fiqurlu karusellərin ölkədə qadağan olunmasını tələb edib.
Təşkilat açıqlamasında bildirib ki, bu karusellər sayəsində uşaqlarda heyvanların sadəcə bizi əyləndirmək üçün yaradıldığına dair düşüncə formalaşır:
“Bu karusellərlə qeyri-ixtiyari də olsa heyvanların istismarı təbliğ edilir”.
Bizim.Media