Macarıstan prezidenti Katalin Novak istefa verdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Macarıstan mətbuatı məlumat yayıb.
Dövlət başçısı xalqa müraciətində qərarını uşaqlara qarşı cinsi zorakılıq ittihamı ilə məhkum olunmuş kişini əfv etməsinin ölkədə ictimai qınağa səbəb olması ilə izah edib.
Yeni dövlət başçısı 30 gün ərzində parlament tərəfindən seçiləcək.
Qeyd edək ki, Novak Macarıstan tarixində prezident vəzifəsini icra edən ilk qadın olub. O, bu vəzifəyə 10 mart 2022-ci ildə təyin edilib.
Bizim.Media