Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinin son müsahibəsini tənqid edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, kansler Putinin xüsusilə Ukraynadakı münaqişənin səbəbləri ilə bağlı fikirləri ilə razılaşmayıb.
Şolts iddia edib ki, Rusiya hakimiyyəti həmişə bu müharibənin tarixi haqqında çoxlu yalanlar danışır:
“Putinin amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə Rusiyanın Ukraynadakı real hərəkətlərinə lağ edilir və bu müharibənin səbəbləri haqqında absurd hekayələr danışılır”.
Bizim.Media