Ukraynanın müharibədə məğlubiyyəti 10 milyona yaxın qaçqının Avropa İttifaqına üz tutması ilə nəticələnəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın "Welt" nəşri yazıb.
Almaniya hökuməti hesab edir ki, bu ssenaridə ukraynalıların böyük əksəriyyəti Qərbi Avropaya üz tutacaq. Bu zaman isə Almaniya əsas hədəflərdən biri olacaq.
Nəşr yazır ki, bu, 1940-cı illərdən bəri ən böyük miqrasiya dalğası olacaq.
Bizim.Media