“Meta” şirkəti “Instagram” və “Threads”da siyasi məzmunlu paylaşımları məhdudlaşdırmağa başlayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
“Instagram”-ın baş direktoru Adam Mosseri daha əvvəl “Threads”-ı siyasət və xəbərlərin əsas səhifədə dominantlıq etdiyi yerə çevirməyi planlamadıqlarını bildirmişdi.
Şirkət tətbiqlərindəki “Kəşf et”, “Reels”, “Tövsiyələr” üçün alqoritm vasitəsilə siyasi məzmunu məhdudlaşdıracağını açıqlayıb.
Məhdudiyyət ilk olaraq “Instagram” və “Threads”-də, daha sonra “Facebook”-da həyata keçiriləcəyi bildirilib.
Siyasi məzmunla bağlı bu məhdudiyyət yalnız izlənilməmiş hesablardan tövsiyə edilənlərə şamil ediləcək. Əgər izlənilən istifadəçi siyasi yazılar paylaşırsa, bu, lentinizdə görünməyə davam edəcək.
Bizim.Media