“ABŞ-ın köməyi olmasa, Ukrayna 2024-cü ildə döyüş meydanında uğursuzluqla üzləşə bilər”.
Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.
Nəşr yazır ki, ekspertlərin fikrincə, Ukrayna ordusunda silah-sursat çatışmazlığı var və hava hücumundan müdafiə sistemlərinin arsenalını doldurmadan ordu yalnız mart ayına qədər döyüş meydanında dayana biləcək.
Qərb analitikləri güman edirlər ki, mart ayına qədər Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları həyata keçirməsi çətinləşəcək.
Bizim.Media