Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Sergiy Şaptalanı vəzifəsindən azad edib.
Bizim.Media xəbər verir ki, bu barədə Zelenski videomüraciətində məlumat verib.
O qeyd edib ki, Baş komandan Aleksandr Sırskinin təklifi ilə general-mayor Anatoli Barhileviçi yeni Baş Qərargah rəisi təyin edib.
Qeyd edək ki, ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin baş komandanı general Valeri Zalujnını vəzifəsindən azad edib və Quru Qoşunlarının komandanı Aleksandr Sırskini baş komandan postunda təyin edib.
Bizim.Media