İstanbulun Çağlayan rayon məhkəməsinin girişində törədilən silahlı hücumla bağlı saxlanılanların sayı artıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunc “TRT Haber”ə açıqlamasında məlumat verib.
“Bu günə kimi 102 nəfər, o cümlədən terror fəaliyyətində iştirakda şübhəli bilinən 96 nəfər saxlanılıb, onların dindirilməsi davam etdirilir”.
Nazir qeyd edib ki, istintaq ətraflı aparılır və saxlanılanların xarici güclərlə əlaqəsi araşdırılır.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 11:46-da İstanbulun Çağlayan məhkəməsinin binası qarşısındakı təhlükəsizlik postuna silahlı hücum edilib. Hadisə zamanı bir vətəndaş həlak olub. Hücumun iştirakçıları - İnqilabçı Xalq Azadlıq Partiyası-Cəbhəsi (DHKP-C) terror təşkilatının iki üzvü hadisə yerində öldürülüb.
Bizim.Media