Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovu ikinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Bizim.Media xəbər verir ki, bu barədə Putin müvafiq fərmanı imzalayıb.
Mükafat Kadırova “Rusiya dövlətçiliyinin möhkəmlənməsinə, ölkənin müdafiə qabiliyyətinə və Çeçenistan Respublikasının sosial-iqtisadi inkişafına verdiyi böyük töhfəyə görə” verilib.
Bizim.Media