Gürcüstan parlamenti baş nazir İrakli Kobaxidze ilə yeni hökuməti təsdiqləyib.
Bizim.Media xəbər verir ki, hakim "Gürcü Arzusu" partiyasının baş nazir namizədi parlamentin bu gün keçirilən plenar iclasında hökumət proqramını təqdim edib.
Yeni hökumət 105 parlament üzvünün iştirakı ilə keçirilən səsvermədə 84 deputatın etimadını qazanaraq, təsdiq edilib. 10 deputat isə sənədin əleyhinə səs verib.
Qeyd edək ki, Gücüstanın Baş naziri İrakli Qaribaşvili yanvarın 29-da istefa verib.
Bizim.Media