Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Valeri Zalujnını vəzifəsindən azad edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Zelenski fərman imzalayıb.
Məlumata görə, Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sırski Zalujnını baş komandan postunda əvəzləyib.
Qeyd edək ki, qərardan bir qədər əvvəl Zelenski Zalujnını qəbul edib. O, Zalujnıya iki il Ukraynanı müdafiə etdiyinə görə təşəkkür edib və onunla Ukrayna ordusunun zəruri yenilənməsini müzakirə edib.

Bizim.Media