ABŞ Polşaya 1,2 milyard dollar dəyərində radar kəşfiyyat sistemlərinin satışına dair sazişi təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə Pentaqona bağlı Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Sazişə əsasən Polşa ABŞ-dan hava və yerüstü radar kəşfiyyat sistemləri, sensor sistemləri və digər hərbi avadanlıqlar alacaq.
Bizim.Media