“Qəzza sınağından çıxa bilməyən Qərb ölkələrinə artıq heç bir inam qalmayıb. Çünki onlar zorakılığın qarşısını almaq üçün heç bir addım atmadılar”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Hərbi Dəniz Qüvvələrinə yeni döyüş gəmilərinin təhvil verilməsi mərasimində bildirib.
O qeyd edib ki, İraq, Bosniya, Suriya və Somalidə olduğu kimi vəzifəsi qlobal təhlükəsizliyi təmin etmək olan strukturlar artıq iflasa uğrayıb: “Onlar sadəcə Qəzzada baş verənləri müşahidə etməklə kifayətlənilər”.
Ərdoğan Türkiyənin müxtəlif münaqişələrə son qoymaq üçün fəal səylər göstərdiyini qeyd edib və 2022-ci ilin martında Ukraynada nizamlanmaya dair İstanbul danışıqlarını xatırladıb.
Bizim.Media