Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və “Şeron” qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Turan Etibaroğlu məlumat yayıb.
Əliqismət Lalayevin bacısı və Ülvi Cəfərovun anası Zəkiyyə Cəfərova sentyabrın 2-də axşam saatlarında vəfat edib.
Mərhum Zəkiyyə Cəfərova ömrünün 45 ilini Bakı şəhərində yerləşən 1 nömrəli körpələr evi-uşaq bağçasında tərbiyəçi-müəllim kimi çalışıb.
Zəkiyyə Cəfərovanın dəfni sentyabrın 3-də Salyan şəhərində keçiriləcək.

Bizim.Media