İspaniyada dünyada ilk dəfə olaraq daun sindromlu şəxs deputat seçilib.
Bizim.Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, 45 yaşlı Mar Qalseran İspaniyanın şərqindəki Valensiya regional assambleyasının nümayəndəsi olub.
Bu, dünyada ilk dəfədir ki, genetik pozğunluğu olan şəxs parlament üzvü olur. Millət vəkili mühafizəkar İspaniya Xalq Partiyasına qoşulub və 18 yaşından siyasətlə məşğul olub.
“Guardian” qəzeti ilə söhbətində qadın əlilliyinə görə deyil, fərd kimi qəbul olunmaq istədiyini bildirib.
Onun təyinatı həmkar siyasətçilər və fəallar tərəfindən müsbət qarşılanıb.



Bizim.Media