Estoniyanın baş naziri Kaya Kallas Josep Borreldən sonra Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi postuna ən aktual namizəddir.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Danimarkanın baş naziri Mette Frederiksen isə Avropa Şurasının rəhbəri postunda Şarl Mişeli əvəz edə bilər.
Qeyd olunub ki, əgər bu namizədlər seçilərsə, Aİ-də bütün yüksək vəzifələri qadınlar tutacaq.
Belə ki, Ursula fon der Lyayen Avropa Komissiyasının sədri, Roberta Metsola Avropa Parlamentinin sədridir.
Bizim.Media