Türkiyənin ilk astronavtı Alper Gezeravcı bu axşam ispan, italyan və isveçli həmkarları ilə birgə kosmosa çıxacaq.
Bizim.Media xəbər verir ki, o, Türkiyə vaxtı ilə saat 00:49-da Floridadakı Kennedi Kosmik Mərkəzindən "SpaceX Dragon" gəmisi ilə orbitə qalxacaq.
Astronavt Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ona hədiyyə etdiyi türk bayrağını da özü ilə birlikdə aparacağını açıqlayıb.
Qeyd edək ki, türk astronavt Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək. ABŞ-ın Florida ştatından Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək “Ax-3” heyətinə türk astronavtla yanaşı, missiyanın rəhbəri ispaniyalı astronavt Michael Lopez-Alegria, İtaliya Hərbi Hava Qüvvələrinin pilotu Valter Villadei və Avropa Kosmik Agentliyi adından isveçli kosmonavt Markus Vandt daxildir.
Bizim.Media