Dəyişən DÜNYA DÜZƏNİ – “Müharibələrin artması yeni həqiqətlərin “doğum sancısı”dır”

Dünyanın bir çox bölgəsində aktivlik müşahidə edilir. Hər ötən gün cəbhələrin sayı çoxalır.

Dünyanın yeni siyasi xəritəsi uğrunda ciddi mübarizə gedir.

Maraqlıdır, 2024-ün siyasi xəritəsində hansı dəyişiklik ola bilər? Bizi nələr gözləyir?

Bizim.Media mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib. Politoloq Nati Miri qeyd edib ki, reallıqda bu gün Avrasiyada Ukrayna-Rusiya cəbhəsi mövcuddur:

“2024-cü ildə bu müharibənin dayanma ehtimalı o qədər də böyük deyil. Çünki cəbhədə nisbi stabillik var. Bu da hansısa bir tərəfin birmənalı hərbi üstünlüyünü təmin etmədiyi üçün indiki vəziyyətdə sülhlə bağlı masaya oturmaq bir az problematik görünür. Ona görə bu münaqişə yay ayına qədər Ukraynaya bir şansın veriləcəyi gözləntilərini ortaya qoyur. Ukraynaya edilən yardımlar vasitəsilə növbəti bir şans tanınacaq.

Bundan başqa İsrail-HƏMAS münaqişəsi mövcuddur.

Bu münaqişənin böyüyüb regional yanğına çevrilmə ehtimalı ciddi şəkildə özünü göstərir. Hər kəs bu münaqişənin Livana sıçrayacağını və Livanın da bu münaqişəyə qoşulacağını gözləyirdi. Amma fərqli bir istiqamətdə yeni bir alov çıxdı. Qırmızı dənizdə husilərlə Qərb koalisiyası arasında olan gərginlikdən söhbət gedir. Husilərin ticarət gəmilərinə hücumu, dəniz magistral ticarət yolunu təhlükə altına alması dünya ticarəti üçün çox ciddi problemlər yaradır. Bu, il ərzində ən ciddi problem olaraq qalmaqda davam edəcək”.

Müsahibimiz Cənubi Qafqazdakı məsələlərin də tam nizamlanmadığını deyib:

“Çünki ortada sülh mövcud deyil. Hələ də Qafqazda kominikasiya sistemlərinə nəzarət uğrunda ciddi bir mübarizə var. ABŞ və Rusiya bu istiqamətdə mübarizə aparır. Azərbaycan və Ermənistan arasında problemlər hökm sürməkdədir. Xüsusilə, 8 kəndin hələ də işğalda olması yeni bir hərbi qarşıdurmanı ortaya qoyur.

Bundan əlavə, 2 gün öncə İrəvan və Yeni Delhi arasında İrandan keçən ticarət yolunun açılması ilə bağlı saziş imzalanıb. Ticarət yolunun açılması Ermənistan, Hindistan, İran, daha sonra Gürcüstan və Avropa İttifaqı ölkələrinə və əks istiqamətdə ticarət dövriyyəsini kəskin artıracaq. Bu məsələ Azərbaycandan yan keçəcək səviyyədə düşünülüb.

Belə bir vəziyyətdə artıq anklavda olmayan yox, anklavda olan Qazaxın Yuxarı Əskipara kəndinin strateji yönü ortaya çıxır. Bununla bağlı qısamüddətli hərbi əməliyyatlarla problemi həll edə bilərik. Ermənistanın bu yolla Gürcüstana çıxışı dayanacaq. Beləliklə, Hindistan-İran layihəsi də Azərbaycandan asılı vəziyyətə düşəcək. İndiki vəziyyətdə bu ərazilərin danışıqlar vasitəsilə qaytarılacağı real görünmür. Çünki bu ərazilər Ermənistan üçün strateji yerlərdir.

Orta Asiyada da vəziyyət o qədər stabil deyil. Artıq türk cümhuriyyətlərini də qarışdırmaq istəyənlər var. Qırğızıstanda son günlərdə böyük bir çevrilişin qarşısı alındı. Növbəti dəfə hakimiyyəti dəyişməklə türk ölkəsini yenidən nəzarətə keçirmək istəyirdilər. Bütövlükdə bu hadisə Mərkəzi Asiya uğrunda yeni bir savaşın göstəricisi oldu.

Son olaraq Çin-Tayvan məsələsi var.

Tayvanda prezident seçkilərində qərbyönümlü şəxsin növbəti dəfə adminstrasiyanın başında qalması Çin üçün arzuolunan bir vəziyyət yaratmadı. Bu gərginliyin yenə də davam edəcəyi gözlənilir.

Tayvan-Çin qarşıdurması deyəndə söhbət ABŞ və onun yaratdığı kolasiya ilə Çin qarşıdurmasından gedir. Bu kontekstdə Şimali Koreya ABŞ üçün ən potensial təhlükələrdən birinə çevrilib.

Bütün mövcud müharibələr və potensial münaqişələr yeni “doğum sancısı”dır. Bu doğum reallaşandan sonra bütün məsələlər alt-üst olacaq, yeni həqiqətlər ortaya çıxacaq. Bu həqiqətlər insan şüurunu dəyişəcək və bütün müharibələr bitəcək. 2030-a kimi bu “doğum” reallaşacaq”.

“Ən qaynar nöqtə Yaxın Şərqdir”

Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu isə qeyd edib ki, 2024-cü il kifayət qədər ciddi, maraqlı proseslərin getdiyi bir il olacaq:

“Bu il həm də “seçki ili” kimi yadda qalacaq. Bu seçkilər müəyyən proseslərin dəyişməsinə təkan verən proseslərdən biridir. Cənubi Amerikadan tutmuş dünyanın müxtəlif bölgələrinə qədər çox maraqlı siyasi proseslərin gedişatını izləməkdəyik. Son 1 həftədir Cənubi Amerikada bu prosesləri müşahidə edirik. Hələ mən bura Afrikanı, Avropanı, ABŞ-ı demirəm.

Təəssüf ki, ənənəvi olaraq yenə də dünyada ən qaynar nöqtə Yaxın Şərqdir. Yaxın Şərqdə ötən il oktyabrın 7-də başlayan İsrail-Fələstin müharibəsi proqnozları doğrultdu, miqyas artıq böyüməkdədir. Bu müharibə artıq İsrail-Fələstin sərhədlərini aşmaqdadır. Qırmızı dənizdə, boğazlarda kifayət qədər gərginlik var. Eyni zamanda İranda çox böyük bir terror hadisəsi törədilib. 2-3 illik fasilədən sonra İŞİD-i “xortlatdılar”. Bu, çox maraqlı bir məqamdır.

İranda seçkilər yaxınlaşır.

Bu, o deməkdir ki, İran siyasi hakimiyyəti tərəfindən maksimum dərəcədə həm daxili, həm xarici auditoriyaya yönələn addımlar atılacaq. Artıq bu addımların şahidiyik. İraqın şimalına və Pakistana endirilən zərbələri nəzərdə tuturam.

Suriyada isə Türkiyə haqlı olaraq antiterror əməliyyatlarına başladı. Son 2 həftədir orada aktivlik müşahidə olunurdu, terror hadisələri törədilirdi. Bütün bunlar onu deməyə əsas verir ki, kifayət qədər ciddi, gərgin qarşıdurmalar müşahidə edəcəyik”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Onunla şam edənin səhərisi gün səhmləri qalxır

Onunla şam edənin səhərisi gün səhmləri qalxır

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Tanınmış müğəniyə ağır itki

Tanınmış müğəniyə ağır itki

Fransada restoranlarda müştərilər ən çox nəyi oğurlayırlar?

Fransada restoranlarda müştərilər ən çox nəyi oğurlayırlar?

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Sulutəpə və Xocahəsən qəsəbələrində qaz olmayacaq

Sulutəpə və Xocahəsən qəsəbələrində qaz olmayacaq

Birinci sinfə elektron sənəd qəbulunun SON GÜNÜDÜR

Birinci sinfə elektron sənəd qəbulunun SON GÜNÜDÜR

Co Baydenin oğlu etiraf etdi

Co Baydenin oğlu etiraf etdi

Sentyabrda bu 5 ağacı qətiyyən budamayın

Sentyabrda bu 5 ağacı qətiyyən budamayın

İordaniyadakı ABŞ bazası İranın hücumundan sonra – VİDEO

İordaniyadakı ABŞ bazası İranın hücumundan sonra – VİDEO

Salyanda ağır qəza: 5 yaralı var

Salyanda ağır qəza: 5 yaralı var

Faizlə pul verib gəlir əldə edənlərə XƏBƏRDARLIQ

Faizlə pul verib gəlir əldə edənlərə XƏBƏRDARLIQ

Rusiya Odessada yaşayış binasına ZƏRBƏ ENDİRDİ – Yaralılar var – FOTO

Rusiya Odessada yaşayış binasına ZƏRBƏ ENDİRDİ – Yaralılar var – FOTO

Bərə qəzasına görə nazir işdən çıxarıldı

Bərə qəzasına görə nazir işdən çıxarıldı

“Brent” nefti UCUZLAŞDI

“Brent” nefti UCUZLAŞDI

Psixoloqlara görə evlənmək üçün ən doğru yaş: Boşanma ehtimalı sıfıra yaxındır

Psixoloqlara görə evlənmək üçün ən doğru yaş: Boşanma ehtimalı sıfıra yaxındır

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

“Qızı mənə iki mənzil təklif etdi, mən də onu pəncərədən atdım” - Video

“Qızı mənə iki mənzil təklif etdi, mən də onu pəncərədən atdım” - Video

Dünyanın ən varlı 10 insanı açıqlandı

Dünyanın ən varlı 10 insanı açıqlandı

DOST mərkəzlərinə 8 ayda 672 mindən çox MÜRACİƏT - İnsanlar ən çox hansı problemlə “qapı döyür”?

DOST mərkəzlərinə 8 ayda 672 mindən çox MÜRACİƏT - İnsanlar ən çox hansı problemlə “qapı döyür”?

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Meşə və yol kənarlarından giləmeyvə toplamaq qaydaları - Cərimələr və rüsumlar - VİDEO

Meşə və yol kənarlarından giləmeyvə toplamaq qaydaları - Cərimələr və rüsumlar - VİDEO

Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ - İşıq olmayacaq

Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ - İşıq olmayacaq

Moskva istiqamətində uçan 10 PUA zərərsizləşdirildi

Moskva istiqamətində uçan 10 PUA zərərsizləşdirildi

End of content

No more pages to load

RADİO