Tayvanda keçirilən prezident seçkisində qalib müəyyənləşib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, hakim Demokratik Tərəqqi Partiyasının namizədi və hazırkı vitse-prezident Lay Sinde səs çoxluğu ilə qalib gələrək ölkə başçısı seçilib.
Sinde seçicilərdən təxminən 41% səs toplayıb.
Seçildikdən sonra ilk çıxışı zamanı prezident Tayvanı Çindən gələn təhdid və hədələrdən müdafiə etmək əzmində olduğunu bəyan edib.
Bizim.Media