Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisi şəhid olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Mənbə yazır ki, hadisə İraqın şimalında “Pəncə-Kilit” əməliyyatı zamanı qeydə alınıb.
Belə ki, yanvarın 11-də “Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatının keçirdiyi sızma cəhdi nəticəsində çavuş Səməd Aslan şəhid olub, bir hərbçi isə yaralanıb.
Bizim.Media