Kiyevdə HAKİMİYYƏT BÖHRANI – Zelenski və Ukraynanın Ali Baş Komandanı ÜZ-ÜZƏ

Ukraynada siyasi hakimiyyətə qarşı güclü hərbi müxalifət formalaşır. Söhbət Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnıdan gedir. Baxmayaraq ki, o Prezident Zelenskinin adamı hesab edilir və 27 iyul 2021-ci ildə məhz Zelenskinin sərəncamı ilə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı təyin edilib. Lakin Rusiya ilə başlayan və uğursuz şəkildə davam edən müharibə Zelenski ilə Zalujnı arasında fikir ayrılığı yaradıb.

Hazırda münasibətlər “mehriban düşmən” səviyyəsinədək geriləyib.

Təsadüfi deyil ki, Qərb mətbuatı son vaxtlar bu məsələni tez-tez gündəmə gətirir. Məsələn, “The New York Times” yazır ki, Ukrayna prezidenti Vladimir Zelenski cəbhədəki vəziyyəti “dalana dirənmiş” hesab etmir:

“Lakin Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı belə hesab etmir. O imkanların tükəndiyini düşünür”.

“Bild” nəşri Ukrayna siyasi rəhbərliyindəki mənbələrə istinadla məlumat yayıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə baş komandan Valeri Zalujnı arasında ilk fikir ayrılığı Baxmut ətrafında döyüşlər zamanı baş verib:

“O zaman Zalujnı Baxmut uğrunda döyüşlərin əhəmiyyətsiz olduğunu və ruslarla bərabər onların da ciddi itkilər verdiyini söyləmişdi və geri çəkilməyi məqbul saymışdı. Lakin Zelenski onun fikirləri ilə razılaşmamışdı və döyüşləri sona qədər davam etdirməyi vacib hesab etmişdi”.

Amerikalı jurnalist, Zelenski haqqında kitabın müəllifi Saymon Şuster isə hadisələrə daha geniş işıq salıb və Zalujnını Zelenskinin əsas siyasi rəqibi kimi xarakterizə edib:

“Zelenski öz hərbi prioritetlərini müəyyənləşdirdi. Lakin onun fikirləri çox zaman Zalujnının prioritetləri ilə üst-üstə düşmürdü və tezliklə münasibətlərdə çatlar yarandı. Zalujnı hələ 2022-ci ildə Zelenskinin potensial rəqibi hesab olunurdu. Təsadüfi deyil ki, o Ukrayna lideri ilə münasibətlərini “əlverişsiz tərəfdaşlıq” adlandırır”.

Ukrayna hakimiyyətindəki fikir ayrılığında kimlər maraqlıdır?

Göründüyü kimi, Zelenski ilə Zalujnının arasında yaranan fikir ayrılığı artıq beynəlxalq platformalara çıxarılır. Bu isə o deməkdir ki, bu cür münasibətlər kimlərinsə mənafeyinə xidmət edir. Maraqlı tərəfsə bəllidir. Qərb Zelenskiyə təzyiq etmək üçün generaldan istifadə edir.

Əslində Zalujnı da Qərbə meyillənir. Amma onun üstünlüyü odur ki, cəbhə bölgəsindəki uğursuzluq üçün o Qərbi yox, Zelenskini günahlandırır. Bu da Qərbin tam istədiyi məsələdir. Yada salaq ki, ötən ilin payızında Zelenski Qərb liderlərini açıq şəkildə təhdid etdi. Onları Ukraynaya lazımı səviyyədə yardım göstərməməkdə günahlandırdı.

Bunun ardınca Qərb turnesinə çıxdı. Onun son dayanacaq yeri isə Vaşinqton oldu. Lakin son səfərində Zelenski Qərbdə, ən əsası ABŞ-da daha əvvəlki kimi hay-küylə, əsl qəhrəman kimi qarşılanmadı. Ən əsası Zelenski Ukraynaya boş vədlərlə qayıtdı. Bu da Zelenskinin nüfuzuna nə qədər zərbə vurdusa, Zalujnının reytinqini bir o qədər artırdı. Çünki general hadisələrə daha real baxır. Ən əsası Qərbin üstünə getmir.

Maraqlıdır ki, dekabrın 20-də Zalujnı Ali Radanın iclasında deputatları çox sərt şəkildə tənqid etdi. Bildirdi ki, 400-500 min əsgərin səfərbər edilməsi barədə qanun qəbul edilməsə onda o deputatları orduya çağıracaq.Təbii ki, Zelenski komandasında belə bir fiqurun olmasını ən çox istəyən Qərbdir. Ola bilsin ki, bu ilki prezident seçkilərində Qərb Zelenskinin yox, Zalujnının üstündə dayansın.

Bəs, Valeri Zalujnı kimdir?

1973-cü il təvəllüdlü Valeri Zalujnı peşəkar hərbçidir. 2017-ci ildə general-mayor hərbi rütbəsini alıb. 27 iyul 2021-ci ildə o, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı təyin edilib. Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvüdür.

2022-ci il martın 5-də, Rusiyanın Ukraynaya təcavüzünün ən qızğın vaxtında general-leytenant Zalujnı Zelenski tərəfindən Ukrayna Silahlı Qüvvələrinin ən yüksək rütbəsinə, general-polkovnikliyə layiq görülüb. 2022-ci ildə Zalujnı Amerikanın “Time” jurnalına görə dünyanın yüz ən nüfuzlu adamının illik siyahısına daxil edilib.Jurnal yazır ki, Şərq cəbhəsində illərlə Rusiyaya qarşı döyüşərək sərtləşən Zalujnının qətiyyəti və qərarlılığı onu yeni nəsil Ukrayna liderinə çevirib:

“Onun genişmiqyaslı işğal ərəfəsində davamlı hazırlığı və müharibənin ilkin mərhələlərində ağlabatan döyüş taktikası Ukrayna Silahlı Qüvvələrinə rus qoşunlarının hücumunu dəf etməyə kömək etdi”.

Qeyd edək ki, Zalujnının geniş maddi imkanları da var. Tək bir faktı deyək ki, 2023-cü ilin yanvarında “The New York Times” yazmışdı ki, Zalujnıya “Microsoft”-da işləyən və proqram təminatı ilə məşğul olan Ukrayna əsilli amerikalı Qriqori Stepanetsdən 1 milyon dollar miras qalıb.

Zalujnı 16 dekabr 2023-cü ildə hüquq üzrə dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi alıb. SSRİ-də xidmət etməyən Ukrayna yüksək rütbəli zabitlərinin nümayəndəsi kimi o orduda və Ukraynada, eləcə də Qərbdə böyük nüfuz sahibidir. Ona görə də Zalujnını Qərbin ehtiyat oyunçusu hesab etmək olar.

Bəs, General Zalujnı nə zaman siyasi olimpə doğru yürüşə başlayacaq?

Bu Zalujnının şəxsi istəyindən daha çox Qərbin maraqlarından asılıdır. Amma fakt-faktlığında qalır ki, Qərb Zelenskini əvəz edəcək simanı tapıb. Hələliksə Qərb Zalujnıdan daha çox Zelenskiyə təzyiq aləti kimi istifadə edir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həyətində terras tikirdi- 1100 illik vikinq xəzinəsi tapdı - FOTO

Həyətində terras tikirdi- 1100 illik vikinq xəzinəsi tapdı - FOTO

Allergiyası olanların NƏZƏRİNƏ - Gələn ildən etibarən sizə daha diqqətli yanaşacaqlar

Allergiyası olanların NƏZƏRİNƏ - Gələn ildən etibarən sizə daha diqqətli yanaşacaqlar

“Heç kim üzərində addımladığı torpaqda qorxu içində yaşamamalıdır”

“Heç kim üzərində addımladığı torpaqda qorxu içində yaşamamalıdır”

Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə “Yol xəritəsi” imzalandı - FOTO

Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə “Yol xəritəsi” imzalandı - FOTO

Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsi BAŞLADI

Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsi BAŞLADI

Prezidentin nümayəndəsi: “Minalı ərazilərin 75 faizi hələ də ölüm saçır” - FOTO

Prezidentin nümayəndəsi: “Minalı ərazilərin 75 faizi hələ də ölüm saçır” - FOTO

Nazirlik əməkdaşı vəfat etdi

Nazirlik əməkdaşı vəfat etdi

Azərbaycanda uşağın əli ət maşınında qaldı- 8 saatlıq əməliyyatla bərpa olundu – FOTO

Azərbaycanda uşağın əli ət maşınında qaldı- 8 saatlıq əməliyyatla bərpa olundu – FOTO

Bakıdakı məktəblər dezinfeksiya edilir – FOTO

Bakıdakı məktəblər dezinfeksiya edilir – FOTO

Xalq artistinin 1 yaşlı nəvəsi –Foto

Xalq artistinin 1 yaşlı nəvəsi –Foto

Maduro cütlüyü ittihamları rədd edir – VƏKİLLƏRDƏN AÇIQLAMA

Maduro cütlüyü ittihamları rədd edir – VƏKİLLƏRDƏN AÇIQLAMA

Qəbələdə güclü sel Laza yolunu dağıtdı

Qəbələdə güclü sel Laza yolunu dağıtdı

Pul cəsurları sevir: mənfəət üçün risk etməkdən qorxmayan BÜRCLƏR

Pul cəsurları sevir: mənfəət üçün risk etməkdən qorxmayan BÜRCLƏR

Səhiyyə Nazirliyi adından saxta vakansiya ilə vətəndaşları aldadanlar CƏZALANDIRILDI – RƏSMİ/ÖZƏL

Səhiyyə Nazirliyi adından saxta vakansiya ilə vətəndaşları aldadanlar CƏZALANDIRILDI – RƏSMİ/ÖZƏL

Argentinada bütün matçlar Messinin şərəfinə dayandırılacaq

Argentinada bütün matçlar Messinin şərəfinə dayandırılacaq

55 yaşlı kişinin meyiti həyətində tapıldı

55 yaşlı kişinin meyiti həyətində tapıldı

Lavrov: Ermənistanın Aİ-yə daxil olmaq "həvəsi" tezliklə yox olacaq

Lavrov: Ermənistanın Aİ-yə daxil olmaq "həvəsi" tezliklə yox olacaq

“BMW X5”lə qadını vuraraq öldürən şəxsə 5 il HƏBS CƏZASI

“BMW X5”lə qadını vuraraq öldürən şəxsə 5 il HƏBS CƏZASI

Diş məcunundakı rəngli xətlərin əsl mənası açıqlandı

Diş məcunundakı rəngli xətlərin əsl mənası açıqlandı

69 yaşlı milyarder özünü sınamaq üçün görün nə etdi?

69 yaşlı milyarder özünü sınamaq üçün görün nə etdi?

Qədim şəhər tapıldı: İsa burada kor adamı sağaldıb?

Qədim şəhər tapıldı: İsa burada kor adamı sağaldıb?

Ukrayna Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsi əməkdaşları arasında insidentin ANBAAN VİDEOSU

Ukrayna Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsi əməkdaşları arasında insidentin ANBAAN VİDEOSU

Masazır və Xırdalandakı “şəhərcik”lərə niyə çıxarış verilmir? – Mütəxəssis AÇIQLADI

Masazır və Xırdalandakı “şəhərcik”lərə niyə çıxarış verilmir? – Mütəxəssis AÇIQLADI

Onunla şam edənin səhərisi gün səhmləri qalxır

Onunla şam edənin səhərisi gün səhmləri qalxır

End of content

No more pages to load

RADİO