Liberiya bayrağı altında Ərəb dənizində üzən “MV Lila Norfolk” yük gəmisi Somali sahillərində qaçırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “ANI” agentliyi məlumat yayıb.
Hadisə yerinə Hindistan Hərbi Dəniz Qüvvələrinin məxsus hərbi təyyarə göndərilib.
Agentlik yazır ki, gəminin göyərtəsində 15 hindistanlı ekipaj üzvü var, gəmi təyyarələr tərəfindən izlənilir və ekipajla əlaqə qurulub. Yük gəmisinin ekipajı Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzinə verdiyi məlumata görə, yanvarın 4-də, axşam saatlarında 5 və ya 6 naməlum silahlı şəxs gəmiyə daxil olub.
Rövşən Ziya, Bizim.Media