London Ukraynadakı Qolodomoru soyqırım kimi tanımaq niyyətində deyil.
Bizim.Media xəbər verir ki, bunu Böyük Britaniya xarici işlər nazirinin müavini Tarıq Əhməd deyib.
Diplomat vurğulayıb ki, Böyük Britaniya bu məsələdə çoxdankı mövqeyə malikdir.
Ölkə hökuməti əmindir ki, Qolodomorun soyqırım kimi tanınması barədə qərar bütün sübutları nəzərdən keçirdikdən sonra səlahiyyətli məhkəmə tərəfindən verilməlidir.
O bildirib ki, Qolodomor dəhşətli texnogen fəlakət olub.
Bizim.Media