Polşa Prezidenti Anjey Dudanın NATO-nun baş katibi Yens Stoltenberqlə arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Polşa prezidentinin ofisinin rəhbəri Marsin Mastalerek məlumat verib.
O qeyd edib ki, telefon danışığı zamanı tərəflər Polşanın hava məkanının pozulmasını müzakirə ediblər:
“Söhbət zamanı əsas müzakirə mövzusu Polşanın hava məkanının pozulması olub. Biz əvvəldən müttəfiqlərimizlə daimi əlaqədəyik”.
Bizim.Media