Pakistanda Yeni il şənlikləri tam olaraq qadağan edilib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Pakistanın müvəqqəti hökumətinin başçısı Ənvar-Ül-Haqq Kakar Qəzza əhalisi ilə həmrəylik əlaməti olaraq bu addımın atıldığını açıqlayıb.
O, xalqa müraciətində Fələstindəki vəziyyətlə bağlı ciddi narahatlıq ifadə edib:
“Pakistan hər bir mövcud qlobal forumda Fələstin xalqının ağır vəziyyətini gündəmə gətirib və Qəzzada axan qanı dayandırmaq üçün gələcəkdə də bunu davam etdirəcək”.
Bizim.Media