İsrail Müdafiə Qüvvələri (IDF) Livanla sərhəd bölgəsində çox yüksək hazırlıq vəziyyətinə gətirilib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi məlumat verib.
O, ordunun şimal komandanlığının qərargahında vəziyyəti qiymətləndirmək üçün keçirilən iclasında bildirib ki, bu gün İsrail ordusu müxtəlif gözlənilməz hadisələrlə bağlı planları təsdiq edib:
“IDF və onun şimal komandanlığı çox yüksək hazırlıq vəziyyətindədir”.
Bizim.Media