“Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə minalardan təmizləmə planı imzalayacaq”.
Bizim.Media CNN Türk-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər məlumat verib.
“2024-cü il yanvarın 11-də İstanbulda üç ölkənin müdafiə nazirlərinin iştirakı ilə imzalanma mərasimi keçirməyi planlaşdırırıq”, - deyə nazir qeyd edib.
Bizim.Media