Avropa İttifaqı tərəfindən Ankaraya edilən təzyiqlər mənasızdır.
Moderator.az “Anadolu”x9d agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə XİN-nin rəhbəri Mövlud Çavuşoğlu bildirib.
O, Türkiyənin Aİ-yə üzv olunması ilə bağlı 2005-ci il oktyabrın 8-dən başlayan danışıqların dayandırılmasını şərh edib. xa0
“Aİ ilk növbədə öz mövqeyi və siyasətinə yenidən baxmalıdır. Türkiyəyə bu cür üsullarla təzyiq etmək cəhdləri mənasızdır... Türkiyə həmişə bəyan edib ki, Aİ strukturlarının istənilən konstruktiv qərarını, o cümlədən obyektiv tənqidi də qəbul etməyə hazırdır. Lakin əgər qərəz varsa, onda Ankara bunun əleyhinə çıxacaq. Bu cür qərarların bizim üçün heç bir hüquqi qüvvəsi yoxdur”x9d, -deyə Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, qərəzli və subyektiv addımlar bütövlükdə Avropa Parlamentinin və Avropa İttifaqının imicinə ziyan vurur. Türkiyə XİN başçısı xatırladıb ki, artıq uzun illərdir Ankaraya qarşı ikili standart siyasəti aparılır.xa0