Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 13-14-də Misirə səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Xarici işlər naziri Hakan Fidan misirli həmkarının dəvəti ilə bu ölkəyə rəsmi səfər edəcək. Danışıqlar zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyətinin müzakirəsi, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsinin aparılması planlaşdırılır”, - deyə məlumatda qeyd edilib.
Bildirilib ki, Fidan misirli həmkarı ilə Fələstin-İsrail qarşıdurması zonasındakı vəziyyəti və böhranın həlli yollarını müzakirə edəcək.
Bizim.Media