Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi yollar axşamdan bağlanacaq - SƏBƏB

“Alufar IRONMAN 70.3 Baku” yarışı ilə əlaqədar sentyabrın 4-də və 5-də şəhərin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda keçiriləcək beynəlxalq səviyyəli “Alufar IRONMAN 70.3 Baku” yarışının təhlükəsiz və mütəşəkkil keçirilməsi məqsədilə, sentyabrın 4-də və 5-də şəhərin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.

Belə ki, məhdudiyyətlər sentyabrın 4-də saat 21:00-dan etibarən mərhələli şəkildə tətbiq ediləcək və sentyabrın 5-də saat 16:00-dək davam edəcək.

Bakı–Ələt–Qazax–Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun (M2) Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu qovşağından, yolun 25-ci kilometrindən başlayaraq əks istiqamətdə hərəkətin təmin edilməsi məqsədilə qarşı tərəfdən gələn nəqliyyat vasitələri üçün bir hərəkət zolağı nəzərdə tutulub.
 

Bununla yanaşı, Lökbatan dairəsi istiqamətində bir hərəkət zolağı ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılacaq.


Bakı–Ələt (M3) avtomobil yolunun Lökbatan dairəsi istiqamətində 14-cü kilometrindən şəhər mərkəzinə doğru, “Sheraton Baku Intourist” hotelinin qarşısındakı dairəyədək nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Sürücülər alternativ olaraq Bakı–Ələt (M3) avtomobil yolunun Lökbatan–Bayıl istiqamətindən istifadə edə biləcəklər.

Məhdudiyyətlərin tətbiqi yarışdan əvvəlki hazırlıq mərhələsində sentyabrın 4-də saat 21:00-dan sentyabrın 5-də saat 04:59-dək, yarışın keçirildiyi əsas mərhələdə isə saat 05:00-dan 14:30-dək davam edəcək.

Yarış başa çatdıqdan sonra ərazidə təmizlik və bərpa işlərinin aparılması ilə əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlərin 5 sentyabr saat 14:30-dan 16:00-dək davam etdirilməsi nəzərdə tutulur.
 

Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.


Qeyd edək ki, sentyabrın 5-də paytaxtımızda keçiriləcək “Alufar IRONMAN 70.3 Baku” yarışına 62 ölkədən 1500-dən çox iştirakçının qatılacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİQQƏT! Güzəştli mənzillər satışa ÇIXARILDI

DİQQƏT! Güzəştli mənzillər satışa ÇIXARILDI

Müharibə olmasaydı, bu məhsulu tanımayacaqdıq - 170 illik tarix

Müharibə olmasaydı, bu məhsulu tanımayacaqdıq - 170 illik tarix

"Kurtlar Vadisi"nin məşhur malikanəsi satışa çıxarıldı: ŞOK QİYMƏTƏ – FOTO

"Kurtlar Vadisi"nin məşhur malikanəsi satışa çıxarıldı: ŞOK QİYMƏTƏ – FOTO

Avtomobil şəhid abidəsinə çırpıldı- Video

Avtomobil şəhid abidəsinə çırpıldı- Video

Plastik cərrah siyahısında yoxdurlar, amma əməliyyat edirlər – Saxta cərrahlar yenə İŞ BAŞINDA – FOTOFAKT

Plastik cərrah siyahısında yoxdurlar, amma əməliyyat edirlər – Saxta cərrahlar yenə İŞ BAŞINDA – FOTOFAKT

Ukrayna Soçidəki neft bazasına zərbə endirdi – VİDEO

Ukrayna Soçidəki neft bazasına zərbə endirdi – VİDEO

Uşağın anadan olmasına görə müavinət alanların SAYI

Uşağın anadan olmasına görə müavinət alanların SAYI

Qızıl dağlar vəd edilən üç BÜRC

Qızıl dağlar vəd edilən üç BÜRC

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

“Azərsun Holdinq” “Süni intellekt dövründə effektiv sayt idarəetməsi” mövzusunda təlim keçirib – FOTO

“Azərsun Holdinq” “Süni intellekt dövründə effektiv sayt idarəetməsi” mövzusunda təlim keçirib – FOTO

İrandan Rusiyaya aparılan “təzə soğan” yükündə marixuana aşkarlandı –VİDEO

İrandan Rusiyaya aparılan “təzə soğan” yükündə marixuana aşkarlandı –VİDEO

"Rusiya raketlərlə vurur, kiberhücumlar edilir..." — Finlandiya ən pis ssenariyə HAZIRLAŞIR

"Rusiya raketlərlə vurur, kiberhücumlar edilir..." — Finlandiya ən pis ssenariyə HAZIRLAŞIR

Bu şəxslərə hərbi xidmətdən möhlət hüququ veriləcək – VİDEO

Bu şəxslərə hərbi xidmətdən möhlət hüququ veriləcək – VİDEO

Dünya tarixində ən böyük DEMOQRAFİK BÖHRAN – Qocaların sayı uşaqları ötdü

Dünya tarixində ən böyük DEMOQRAFİK BÖHRAN – Qocaların sayı uşaqları ötdü

Azərbaycanda bu sözü deyənə 15 il həbs verilir? – AÇIQLAMA

Azərbaycanda bu sözü deyənə 15 il həbs verilir? – AÇIQLAMA

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi yollar axşamdan bağlanacaq - SƏBƏB

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi yollar axşamdan bağlanacaq - SƏBƏB

Etirazları dəstəklədi, 12 il həbsə məhkum edildi - Bütün var-dövləti əlindən alındı

Etirazları dəstəklədi, 12 il həbsə məhkum edildi - Bütün var-dövləti əlindən alındı

Eldar Mansurov 60 il əvvəl - FOTO

Eldar Mansurov 60 il əvvəl - FOTO

Qızıl və gümüş UCUZLAŞDI

Qızıl və gümüş UCUZLAŞDI

Jurnalistin 15 yaşlı oğlu faciəvi şəkildə həyatını itirdi – FOTO

Jurnalistin 15 yaşlı oğlu faciəvi şəkildə həyatını itirdi – FOTO

Bu gün Ümumdünya Leykemiya Günüdür

Bu gün Ümumdünya Leykemiya Günüdür

Xərçəng riskini 69 faiz azaldır - 70 İLLİK SİRR ÜZƏ ÇIXDI

Xərçəng riskini 69 faiz azaldır - 70 İLLİK SİRR ÜZƏ ÇIXDI

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Xaçmazın bu kəndləri qazsız qalacaq – SİYAHI

Xaçmazın bu kəndləri qazsız qalacaq – SİYAHI

End of content

No more pages to load

RADİO