Babasından qalan mirası yaşadır: Bığını 1,5 metrəyə qədər uzadıb - (Foto)

Türkiyənin Ərzurum bölgəsində yaşayan 5 övlad və 43 nəvə sahibi Hacı Qırmaç babası və atasından miras qalan bığ sevgisini gənclik illərindən bəri davam etdirir. Rayon mərkəzində yaşayan Qırmaç gənclik illərindən bəri uzatdığı, keçmişdə 1,5 metrəyə çatan bığı ilə tanınır.

Bizim.Media xəbər verir ki, babasından atasına, atasından da özünə keçən bığ sevgisini yaşadan Qırmaç 1980-ci illərdə televiziyada izlədiyi bir bığ yarışmasından sonra bığını daha da uzatmağa qərar verib. 
 

İllər ərzində rayonun tanınan simalarından birinə çevrilən və "Horasanlı Pala" adlandırılmağa başlanan Qırmaç 70 ildir davam etdirdiyi bərbərlik peşəsini oğlu ilə birlikdə işlətdiyi dükanda davam etdirir.


Yaşını və bığının qulluq sirrini heç kimlə paylaşmayan, 80 yaşından yuxarı olduğu bilinən Qırmaç vaxtaşırı iş yerinin qarşısında söylədiyi şeir və mahnılarla da vətəndaşların diqqətini çəkir. Hacı Qırmaç keçmişdə bığ saxlamağın daha geniş yayılmış və sevilən bir ənənə olduğunu söyləyib.

Babası ilə atasının bığlarının uzun olduğunu və o zamandan bəri bığ sevdası ilə yaşadığını ifadə edən Qırmaç "Ankarada bir bığ yarışı oldu. Televiziyadan izlədim. Onun bığı mənimki kimi uzun deyildi. Yarışı o adam qazandı. 'Kaş ki mən də orada olaydım, yarışa qatılsaydım' deyə fikirləşdim. Hər halda mən qazanardım. Gecə-gündüz ağlıma gəlirdi. Sonra daha çox uzatmağa başladım", - deyə danışıb.

Bığını çox sevdiyini vurğulayan Qırmaç bunları qeyd edib:

"İnsanlar gəlib mənimlə şəkil çəkdirirlər. Bığımın qulluğu çox çətindir. Çox gizli qulluq üsulları tətbiq edirəm. Sirrini heç kimə demirəm, rəqiblərim var. Rəqiblərimin bir çoxu vəfat edib. Bu qədər uzun qalmasının sirri var, amma demirəm. Nə yaşımı tam deyirəm, nə də qulluq dərmanlarımı. Artıq mənə asan gəlir, amma qulluq etmək çox çətindir. Bığıma baxmağa davam edəcəyəm. 70 ildir bərbərlik edirəm, 70 ildir bığımı uzadıram. Məni görüb uzatmaq istəyənlər də olur, amma bu, çox çətindir."

Əvvəlki illərdə bığının 1,5 metrəyə qədər çatdığını dilə gətirən Qırmaç vaxtaşırı uclarından kəssə də, uzunluğunun hələ də 1 metri keçdiyini bildirib. (milli.Az)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Putinin müşaviri: “Rusları köçürməklə Ukraynadakı demoqrafik böhranı həll edə bilərik”

Putinin müşaviri: “Rusları köçürməklə Ukraynadakı demoqrafik böhranı həll edə bilərik”

DİQQƏT! Binəqədinin bir hissəsində yol hərəkətinin təşkili dəyişir – VİDEO

DİQQƏT! Binəqədinin bir hissəsində yol hərəkətinin təşkili dəyişir – VİDEO

Dirəklər var, işıq yoxdur - Zığ–Hövsan yolu yenə qaranlığa QƏRQ oldu – VİDEO

Dirəklər var, işıq yoxdur - Zığ–Hövsan yolu yenə qaranlığa QƏRQ oldu – VİDEO

Avtobuslarla bağlı çoxdan gözlənilən qərar verildi – ŞAD XƏBƏR

Avtobuslarla bağlı çoxdan gözlənilən qərar verildi – ŞAD XƏBƏR

Sabah 35 dərəcə isti olacaq – PROQNOZ

Sabah 35 dərəcə isti olacaq – PROQNOZ

Daha 2 nəfər Rusiyadan Azərbaycana ekstradisiya OLUNDU

Daha 2 nəfər Rusiyadan Azərbaycana ekstradisiya OLUNDU

"Azərbaycan Dəmir Yolları" sərnişin daşımasını ARTIRIB

"Azərbaycan Dəmir Yolları" sərnişin daşımasını ARTIRIB

Ənvər Tağıyev Ukraynada gizlənibmiş - Azərbaycana GƏTİRİLİR

Ənvər Tağıyev Ukraynada gizlənibmiş - Azərbaycana GƏTİRİLİR

Məzardan 4 mindən çox qızıl tapıldı

Məzardan 4 mindən çox qızıl tapıldı

Xaricdən gətirilən maşınlarla bağlı prosedurlar sadələşdirilir

Xaricdən gətirilən maşınlarla bağlı prosedurlar sadələşdirilir

Baku Electronics-də Qırmızıya Gəl, sərfəli şərtlərdən yararlan!

Baku Electronics-də Qırmızıya Gəl, sərfəli şərtlərdən yararlan!

Şou-biznesdə ilin ən böyük sürprizi -Aygün və Namiq 16 ildən sonra “Gəlirəm” – VİDEO

Şou-biznesdə ilin ən böyük sürprizi -Aygün və Namiq 16 ildən sonra “Gəlirəm” – VİDEO

Kirayə dostluq edərək saatına 2.50 AZN qazanırlar

Kirayə dostluq edərək saatına 2.50 AZN qazanırlar

Babasından qalan mirası yaşadır: Bığını 1,5 metrəyə qədər uzadıb - (Foto)

Babasından qalan mirası yaşadır: Bığını 1,5 metrəyə qədər uzadıb - (Foto)

Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ – Növbəti satışların vaxtı AÇIQLANDI

Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ – Növbəti satışların vaxtı AÇIQLANDI

İbrahim Tatlısəs son görünüşü ilə diqqət çəkdi - Foto

İbrahim Tatlısəs son görünüşü ilə diqqət çəkdi - Foto

Hündürmərtəbəli binalarda GİZLİ TƏHLÜKƏ - Eyvan məhəccərləri ölüm tələsinə çevrilib?

Hündürmərtəbəli binalarda GİZLİ TƏHLÜKƏ - Eyvan məhəccərləri ölüm tələsinə çevrilib?

Yolunu qısaltmaq istəyən piyada həyatından oldu - ANBAAN VİDEO

Yolunu qısaltmaq istəyən piyada həyatından oldu - ANBAAN VİDEO

Peşə təhsilində təhsilalanların NƏZƏRİNƏ!

Peşə təhsilində təhsilalanların NƏZƏRİNƏ!

İlin ən yaxşı telefonu seçildi— iPhone və Samsung deyil...

İlin ən yaxşı telefonu seçildi— iPhone və Samsung deyil...

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh haqqında məqaləsini PAYLAŞDI

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh haqqında məqaləsini PAYLAŞDI

DİQQƏT! Güzəştli mənzillər satışa ÇIXARILDI

DİQQƏT! Güzəştli mənzillər satışa ÇIXARILDI

Müharibə olmasaydı, bu məhsulu tanımayacaqdıq - 170 illik tarix

Müharibə olmasaydı, bu məhsulu tanımayacaqdıq - 170 illik tarix

"Kurtlar Vadisi"nin məşhur malikanəsi satışa çıxarıldı: ŞOK QİYMƏTƏ – FOTO

"Kurtlar Vadisi"nin məşhur malikanəsi satışa çıxarıldı: ŞOK QİYMƏTƏ – FOTO

End of content

No more pages to load

RADİO