ABŞ Federal Tədqiqatlar Bürosunun (FTB) direktoru Ceyms Komi seçkilərdən sonra işdən qovulacaq.
xa0
Ağ Evdəki mənbəyə əsaslanan İngiltərənin nüfuzlu “Deyli Meyl”x9d qəzeti Prezident Obamanın müşaviri Valeri Jarrettlə uzun sürən müzakirələrdən sonra bu qərara gəldiyini yazıb. Prezidenti qəzəbləndirən isə FTB direktorunun Klintonun elektron poçtu ilə bağlı araşdırmanı yeniləməsi olub.
xa0
Obama öncə Komiyə qarşı sərt addım atmaq niyyətində olmayıb, çünki ədalətə əngəl olmaqda suçlanmaqdan çəkinib. Amma müşavirinin davamlı təkidlərindən sonra prezident qərarını verib.
xa0
Valeri prezidenti seçki kampaniyasına düşünülməmiş və yersiz müdaxilə edən FTB direktorunu cəzalandırmağın onun səlahiyyətlərinə daxil olduğuna inandırıb.
xa0
Ağ Evin hüquq məsləhətçisi də müşavirlə razılaşandan sonra Obama FTB direktorunun işdən azad olunması planının hazırlanması barədə göstəriş verib.
xa0
Qəzetin FTB-dəki mənbələri isə Kominin prezidentdən öncə hərəkət edəcəyini deyirlər. Qurum daxilində direktorun təşkilatın imicinə zərbə vurduğu və heyətin etimadını itirdiyi danışılır. Hətta vəziyyət o yerə çatıb ki, müavinləri Kominin istefasını açıq şəkildə bildirməkdən çəkinmir.
xa0
Xatırladaq ki, oktyabrın sonunda Komi Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klintonun dövlət katibi olduğu vaxtlarda şəxsi elektron poçtundan dövlət əhəmiyyətli yazışmalarda istifadəsilə bağlı araşdırma aparıldığını elan etmişdi. Onun bu açıqlaması Klintonu sorğularda rəqibi Donald Trampdan geri salmış, seçki kampaniyasının istiqamətini gözlənilmədən dəyişmişdi.
xa0
Seçkiyə cəmi 2 gün qalmış Komi araşdırmanın başa çatdığını, Klintona cinayət işi açılmayacağını bəyan edib.(axar.az)