Türkiyə Ordusu İraqın şimalında terrorçulara qarşı növbəti əməliyyatını keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İraqın şimalında Hakurk və Pəncə-Kilid əməliyyatı bölgələrində aşkarlanan 6 PKK terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib.
Bizim.Media