Polşa hakimiyyəti sentyabrın 17-dən Rusiyada qeydiyyatda olan avtomobillərin ölkə ərazisinə girişinə qadağa qoyulmasına dair qərar qəbul edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Mariuş Kaminski məlumat verib.
Kaminski bu gün keçirdiyi mətbuat konfransında qeyd edib ki, sentyabrın 8-də Avropa Komissiyası Rusiyada qeydiyyatda olan avtomobillərin Avropa İttifaqı ölkələri ərazisinə girişinə qadağa qoyulması ilə bağlı qərar qəbul edib və sözügedən qadağa Polşa sərhədində sabahdan qüvvəyə minəcək.
Bizim.Media