Macarıstan Avropa Komissiyasının icazəsinə baxmayaraq, Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağanı davam etdirir.
Bizim.Media xəbər verir ki, bu barədə Macarıstanın kənd təsərrüfatı naziri İştvan Naqi məlumat verib.
O bildirib ki, 24 növ Ukrayna malının idxalına da qadağa qoyulub. Nazir bununla macar fermerlərin maraqlarını qoruduqlarını vurğulayıb.
Bizim.Media