“Səfərbərliyə cəlb edilən Rusiya hərbçiləri Ukraynada hərbi əməliyyatlar bitənə qədər geri qayıtmayacaqlar”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov deyib.
“Onlar xüsusi hərbi əməliyyat başa çatdıqdan sonra vətənə qayıdacaqlar. Rotasiya ilə bağlı heç bir müddəa yoxdur”, - deyə Kartapolov qeyd edib.
O, həmçinin əlavə edib ki, səfərbər olanların hər altı aydan bir xidmət müddəti üçün məzuniyyət hüququ var.
Bizim.Media