Liviyanın sahilyanı Derna şəhərində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 11 300 nəfərə çatıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Qızıl Ay Cəmiyyəti məlumat yayıb.
Qeyd edək ki, sentyabrın 10-da baş verən leysan yağışlarının gətirdiyi daşqın nəticəsində bir çox yaşayış evləri, xəstəxanalar və digər mühüm mülki obyektlər dağılıb. Ölkədə 3 günlük milli matəm elan edilib.
Bizim.Media