Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen İn Rusiya prezidenti Vladimir Putini Şimali Koreyaya dəvət edib.
Bizim.Media xəbər verir ki, bu barədə Şimali Koreyanın dövlət radiosu məlumat yayıb.
Bildirilib ki, təntənəli nahardan sonra Kim Çen İn Putini uyğun bir vaxtda Şimali Koreyaya səfər etməyə dəvət edib. Putin dəvəti qəbul edib.
Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen İn Vladimir Putinin dəvəti ilə Rusiyaya səfər edib. Səfər çərçivəsində iki ölkə lideri Rusiya və Şimali Koreya arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini, regiondakı vəziyyəti, beynəlxalq məsələləri müzakirə ediblər.
Bizim.Media