Gürcüstanda Çin vətəndaşları üçün viza rejimi ləğv ediləcək.
Bizim.Media ölkə mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumətin iclasında çıxışı zamanı məlumat verib.
Nazir qeyd edib ki, Çin dünyanın ən güclü iqtisadiyyatıdır və Pekinlə ticarət-iqtisadi əlaqələrin gücləndirilməsi Gürcüstan vətəndaşlarının maraqlarına uyğun olacaq.
Bizim.Media