Liviyanın şərqində son iki gün ərzində güclü tufan və daşqınlar nəticəsində 250-dən çox insan həlak olub.
Bizim.Media xəbər verir ki, “Daniel” qasırğasının Benqazi, Sus, Əl-Bayda, Əl-Mərc və Derna şəhərlərini vurması nəticəsində insanlar avtomobillərində qalmağa məcbur olub.
Məlumata görə, itkin düşənlər arasında Liviya Milli Ordusunun 7 üzvü də yer alıb.
Qeyd edək ki, təbii fəlakətlə əlaqədar ölkədə üçgünlük milli matəm elan edilib.
Bizim.Media