Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında telefon danışığı olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Ərdoğan Hindistanın paytaxtı Nyu-Dehli şəhərində keçirilən G-20 sammitindən qayıdarkən türkiyəli jurnalistlərə bildirib.
O, həmkarı ilə bir daha taxıl dəhlizi məsələsini müzakirə edəcəyini qeyd edib.
Bundan əlavə, Ərdoğan Putindən Afrika ölkələrinə göndəriləcək taxılın (1 milyon ton) miqdarını artırmağı xahiş edəcək.
Bizim.Media