İsrail Baş naziri Benyamin Netanyahu Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.
Bizim.Media xəbər verir ki, bu barədə Netanyahu özünün “Twitter” (hazırki “X”) hesabında yazıb.
Qeyd edilib ki, tərəflər İsrailin Ukraynaya, o cümlədən İsraildəki ukraynalı qaçqınlara davamlı yardımını, eləcə də hava hücumu ilə bağlı erkən xəbərdarlıq sistemlərinin hazırlanması və təşviqində yardımı müzakirə ediblər.
Bizim.Media