ABŞ Ukraynaya növbəti dəfə 1 milyard dollardan çox hərbi yardım ayırıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə birgə keçirdikləri mətbuat konfransında məlumat verib.
"Bu gün biz Ukraynaya ümumi məbləği 1 milyard dollardan çox olan yeni yardımı elan edirik. Buraya 665,5 milyon dollarlıq hərbi və mülki yardım da daxildir", - deyə Blinken qeyd edib.
Bizim.Media