İstanbul valiliyinin avqustun 17-də çimərliklərdə, parklarda, piknik və istirahət məkanlarında spirtli içkilərin istifadəsinə qadağa qoyulmasını tələb edən səs-küylü təklifi sosial şəbəkələrdə, mediada və Türkiyə parlamentində qızğın müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, təklifə əsasən, sadalanan yerlərdə spirtli içki qəbuluna görə 620 türk lirəsi cərimə nəzərdə tutulur.
Buna səbəb isə sərxoş insanların əlbəyaxa davalarının və digər asayişin pozulması hallarının artması ilə bağlı şikayətlər olub.
Vali Davud Gül ictimai yerlərdə spirtli içki qəbul edən insanların qorxu mühiti yaratdığını iddia edib.
Qeyd edək ki, ölkə müxalifəti spirtli içkilərin qəbuluna qoyulan qadağada dini çalar görüb, hökuməti şəriət qanunlarını canlandırmaqda ittiham edib və bu qadağaya əməl etməməyə çağırıb.
İslamyönlü partiyalar isə bunun əksinə təklifi dəstəkləyib.
Bizim.Media