Rusiyanın Danimarkadakı səfirliyi sentyabrın 6-dan bütün konsulluq məsələləri ilə bağlı ərizə və sənədlərin qəbulunu dayandıracaq.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu addımın atılmasında səbəb Danimarkanın rusiyalı diplomatik işçilərin sayını azaltmaq qərarına görə olub.
Rusiya XİN isə Danimarkanın bu tələbini düşmənçilik təzahürü olaraq adlandırıb.
Bizim.Media