“Öz hərəkətlərinə görə məsuliyyət daşımağı bacarmaq, günahkar axtarmamaq və bunu hər səbəbdən sonsuz olaraq etməmək lazımdır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya XİN-in mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamalarına münasibət bildirərkən deyib.
Zaxarova Ermənistanı günahı, yaxud öz məsuliyyətini başqalarının üzərinə atmamağa çağırıb:
“Siyasətçi və dövlət xadimi ilə ölkəsinin milli mənafeyini düşünməyən yoldan keçən adamın fərqi məhz bundadır. Öz hərəkətlərinə görə məsuliyyət daşımağı bacarmaq lazımdır. Əks halda bu bir qədər pis rəqqas haqqında hekayəyə bənzəyir”.
Bizim.Media