ABŞ-ın yeni Cənubi Qafqaz PLANI – Rusiyanın yerini Türkiyə TUTACAQ?

Xəbər verdiyimiz kimi ötən gün ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarına zəmin yarada biləcəyi barədə bəyanata münasibət bildirib. Millerin sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması başqa dövlətlərin bunu necə şərh etməsindən asılı olmayaraq mümkündür.

Dövlət Departamentinin sözçüsü həmçinin Ankaranın bu məsələdə məhsuldar rol oynaya biləcəyinə inandıqlarını söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ Dövlət Departamenti: Türkiyə Rusiyaya təzyiq edir - VİDEO


ABŞ və Rusiyanın Cənubi Qafqazdakı mövqe savaşının bir halqası olan bu bəyanat onu göstərir ki, Vaşinqton Ermənistanla Azərbaycan arasında davam etməkdə olan sülh danışıqlarında Moskvanın hər hansı bir şəkildə iştirakını istəmir. Üstəlik, Ağ Ev Türkiyənin bu proseslərə daha fərqli şəkildə qoşulmasını arzulayır. 

Nəzərə alaq ki, ABŞ-ın Türkiyəni sülh danışıqları prosesində iştirakçı kimi görmək istəyi bir qədər təəccüblüdür. Çünki, nə Qərb, nə də Rusiya ötən 30 ildə Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində Türkiyənin iştirakını nəinki istəməyib, bu fikri ümumiyyətlə yaxına belə buraxmayıb. Dövlət Departamentinin sözçüsünün son fikirləri ona görə də əsl sensasiya sayıla bilər. 
ABŞ-ın bu məsələdə mövqeyinin 180 dərəcə dəyişməsində isə iki məqsəd ola bilər. Vaşinqton ya  Türkiyəni sülh danışıqları prosesinə cəlb etməklə Ankara ilə Moskva arasında soyuqluq yaratmaqla sonda Rusiyanı təkləmək istəyir, ya da Rusiyadansa Türkiyənin, daha doğrusu NATO üzvü olan bir ölkənin sülhün əldə olunmasında pay sahibi olmasını daha məqbul sayır.

Baxmayaraq ki, Türkiyə dəfələrlə bəyan edib ki, rəsmi Ankara Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi kimi iştirak etmək istəmir. Çünki, Türkiyə hər zaman və birmənalı şəkildə Azərbaycanın yanındadır. Ankaranın bu mövqeyi ədalətli olmaqla yanaşı Fransa və digər ölkələr üçün də bir örnəkdir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan politoloq Tural İsmayılov bildirib ki, ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşdırılması ilə bağlı kifayət qədər aktiv fazada rol alır:

“Vaşinqton Rusiya-Ukrayna müharibəsindən sonra Cənubi Qafqazda daha kompakt şəkildə təmsil olunmaq elementlərini görürük. ABŞ yaxşı başa düşür ki, Rusiya sülhdən daha çox bölgədə gərginliyin olmasını istəyir. Həm də Rusiya tarixən separatizm, etnik münaqişə də digər vasitələrdən istifadə edərək özünün geopolitik hegemonluğunu bərqərar etməyə çalışır. 

Təbii ki, Ağ Ev də bunun fərqindədir. Və nəzərə alaq ki, Rusiya hələki Ukraynada tam məğlubiyyətə uğramayıb.

Ona görə də Rusiya yenə də regional güc olaraq qalır. Bu mənada Ağ Ev nə qədər istəsə də Rusiyanı proseslərdən kənarlaşdırmaq iqtidarında deyil. Üstəlik Moskva da sülh danışıqlarının Qərb formatında davam etməsində maraqlı deyil və bunu özü üçün təhdid sayır. Amma hər iki gücün proseslərdə moderator kimi iştirakını əngəlləyəcək təsir imkanları hələki yoxdur”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlkin Misgərli autizmli uşağı ziyarət etdi – VİDEO

İlkin Misgərli autizmli uşağı ziyarət etdi – VİDEO

Belçikada anomal istilər son 26 ilin ölüm rekordunu qırdı

Belçikada anomal istilər son 26 ilin ölüm rekordunu qırdı

28 May stansiyasında bir eskalator təmirə BAĞLANIR

28 May stansiyasında bir eskalator təmirə BAĞLANIR

Bakıda ağac gənclərin üzərinə aşdı – FOTO

Bakıda ağac gənclərin üzərinə aşdı – FOTO

Bakı Dairəvi yolundan istifadə edənlərin NƏZƏRİNƏ: Hərəkət tam dayandırılır!

Bakı Dairəvi yolundan istifadə edənlərin NƏZƏRİNƏ: Hərəkət tam dayandırılır!

“Fənərbağça”nın sabiq hücumçusu “Qalatasaray”a keçir

“Fənərbağça”nın sabiq hücumçusu “Qalatasaray”a keçir

Çexiya və Slovakiyada zəlzələ oldu

Çexiya və Slovakiyada zəlzələ oldu

MİQ üzrə test imtahanlarının tarixləri ELAN EDİLDİ - CƏDVƏL

MİQ üzrə test imtahanlarının tarixləri ELAN EDİLDİ - CƏDVƏL

"Mən Elariz heç vaxt heç kimi axtarmıram, məni axtarıb tapırlar"

"Mən Elariz heç vaxt heç kimi axtarmıram, məni axtarıb tapırlar"

Samvel Karapetyanın ev dustaqlığı daha 2 AY UZADILDI

Samvel Karapetyanın ev dustaqlığı daha 2 AY UZADILDI

Dünyanın ən keyfiyyətli saxta dollarları: İllərlə heç kim anlamadı - FOTO

Dünyanın ən keyfiyyətli saxta dollarları: İllərlə heç kim anlamadı - FOTO

Sabiq nazirin dəbdəbəli mənzili yarı qiymətinə satışa çıxarıldı

Sabiq nazirin dəbdəbəli mənzili yarı qiymətinə satışa çıxarıldı

Nərgiz Muxtarovaya HÖKM OXUNDU

Nərgiz Muxtarovaya HÖKM OXUNDU

“Beşiktaş” “Bavariya”nın qapıçısını transfer etdi

“Beşiktaş” “Bavariya”nın qapıçısını transfer etdi

Ruslan Abdullayev müşavir təyin olundu - FOTO

Ruslan Abdullayev müşavir təyin olundu - FOTO

Səlcuq Bayraktar Bakıda Müdafiə Sənayesi naziri ilə GÖRÜŞDÜ - FOTO

Səlcuq Bayraktar Bakıda Müdafiə Sənayesi naziri ilə GÖRÜŞDÜ - FOTO

AZAL Çinə uçuş istiqamətlərini ARTIRIR

AZAL Çinə uçuş istiqamətlərini ARTIRIR

Xalq artistinin bloqer qızının müğənni əri ilə maraqlı rəqsi - VİDEO

Xalq artistinin bloqer qızının müğənni əri ilə maraqlı rəqsi - VİDEO

Nazir şöbə müdirini vəzifədən azad etdi - FOTO

Nazir şöbə müdirini vəzifədən azad etdi - FOTO

Hakan Fidan Abbas Əraqçiyə zəng etdi

Hakan Fidan Abbas Əraqçiyə zəng etdi

Millimizin üzvü Rumıniya klubu ilə danışıq aparır

Millimizin üzvü Rumıniya klubu ilə danışıq aparır

ADNSU “QS Africa Forum 2026”da Azərbaycanı təmsil edən yeganə universitetdir - FOTO

ADNSU “QS Africa Forum 2026”da Azərbaycanı təmsil edən yeganə universitetdir - FOTO

Çində ayaqqabı fabrikində dəhşətli yanğın: 28 nəfər həlak oldu - VİDEO

Çində ayaqqabı fabrikində dəhşətli yanğın: 28 nəfər həlak oldu - VİDEO

“Qarabağ”-“Vestri” oyunu üçün start heyətlər açıqlandı

“Qarabağ”-“Vestri” oyunu üçün start heyətlər açıqlandı

End of content

No more pages to load

RADİO