Fransız aktrisası Korina Masyero "Sezar" kino müsabiqəsində səhnədə soyunub.
Bizim.Media "ren.tv" nəşrinə istinadən xəbər verir ki, əvvəl 57 yaşlı aktrisa səhnəyə uzunqulaq kostyumunda çıxıb, daha sonra o, anidən soyunub.
Bundan başqa Masyero üzünü qırmızı rənglə boyayıb. Aktrisa bunu qan effektini yaratmaq üçün edib.
O, bununla Fransada pandemiya səbəbilə bağlanan mədəniyyət ocaqları üçün etiraz edib. Beləliklə Korina səhnədə çılpaq qalıb.
Onun sinəsində "Mədəniyyəti olmayan toplumun gələcəyi də yoxdur", kürəyində isə "Teatrları bizə qaytar, Jan" yazıları olub.
Bu ifadələrlə o, Fransanın baş naziri Jan Kasteksa etirazını bildirib.
Bizim.Media