Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus BMT-nin Cenevrə Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Azərbaycan daimi nümayəndəliyinin təşkilatçılığı ilə baş tutan Qoşulmama Hərəkatına üzv dövlətlərin səfirləri ilə videoformatda keçirilən müzakirələrə qatılıb.
Bizim.Media xəbər verir ki, o, bu barədə öz “Twitter” hesabında paylaşma edib.
Müzakirələrin məhsuldar keçdiyini bildirən T.Qebreyesus hazırda Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycana koronavirusla bağlı BMT-nin xüsusi sessiyasının keçirilməsi və BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərlə bağlı qətnamənin irəli sürülməsinə görə təşəkkür edib.
Bizim.Media