İstanbulun “Atatürk”x9d hava limanında baş vermiş terror aktı nəticəsində zərərçəkənlər arasında Azərbaycandan sərnişin və “Azərbaycan Hava Yolları”x9d QSC-nin (AZAL) əməkdaşları yoxdur.
Moderator.az xəbər verir ki, bunu Trend-ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.
P.Kəsəmənski əlavə edib ki, Bakı vaxtilə saat 23:30-a planlaşdırılan İstanbul-Bakı aviareysi “Atatürk”x9d hava limanının bağlanması səbəbindən qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, hava limanındakı partlayış nəticəsində 10 nəfər ölüb, 20 nəfər yaralanıb.